İstanbul şəhərində kişi hamilə arvadını vəhşicəsinə döydü
03 Sentyabr 2014 Çərşənbə 12:33
Türkiyənin İstanbul şəhərində dəhşətli hadisə baş verib.
Türkiyənin İstanbul şəhərində dəhşətli hadisə baş verib. ANS PRESS-in məlumatına görə, ər 4 aylıq hamilə qadını küçənin ortasında vəhşicəsinə döyüb.

Evlərinin önündəki küçədə kişi arvadının saçından tutaraq sürüməyə başlayıb. Qadın ərinin əlindən qurtulmaq istəsə də, bunu bacara bilməyib. Kişi isə amansızcasına qadına vurub. Qadın isə yalnız qarnını tutaraq, bətnindəki körpəsini qorumağa çalışıb.

Naməlum şəxs həmin gərgin anları videokamera ilə çəkib. Çəkilişdə də görünür ki, kişi arvadını vəhşicəsinə döydükdən sonra qadının üzünü dişləyib. Qadın isə ərinə, “burnumu burax”, - deyərək yalvarıb.

Dəhşət burasındadır ki, həmin anlar yaxınlıqdan keçən insanlar dalaşan ərlə-arvada sadəcə baxmaqla kifayətləniblər. Heç kim onları ayırmayıb.

Videodan da görünür ki, qadını döyən kişi əlini cibinə salır. Qadın düşünür ki, həyat yoldaşı cibindən bıçaq çıxararaq, onu öldürəcək. Qadın acizanı şəkildə ərinin əlindən yapışıb. Kişi isə cibindən telefon çıxarıb. Hamilə qadına isə bu qorxu yermişdi.

Hadisə şahidləri polis çağırıblar. Polislər arvadına qəzəblənən şəxsi zərərsizləşdiriblər. Polis həmin şəxsi qandallayıb. Lakin əri tərəfindnə vəhşicəsinə döyülən qadın polisə şikayət etməyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar