İstanbul Bosfor boğazında 3 akula yaxalandı
12 Noyabr 2010 Cümə 07:00
Balıqçılar birincisi 560 kq 4.10 metr, ikincisi 320 kq 2.90 metr, üçüncüsü isə 210 kq 1.85 metr olan akulaları sahilə çıxarıb.
Türkiyə İstanbul şəhərindəki Bosfor (İstanbul) boğazında balıqçılar 3 akula yaxalayıb. Balıqçılar birincisi 560 kq 4.10 metr, ikincisi 320 kq 2.90 metr, üçüncüsü isə 210 kq 1.85 metr olan akulaları sahilə çıxarıb. Qeyd edək ki, akulalar 3 gün Bəylikdüzü, Yeşilvadi adlı ərazidəki balıqçı Kənana aid obyektdə nümayiş olunacaq. Hər 3 akula daha sonra mumiyalanaraq Türkiyə dəniz heyvanları muzeyinə veriləcək.
Balıqçılar akulaların, son günlər Mərmərə dənizində xırda balıqların çoxalması səbəbilə boğaza gəldiklərini güman edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: