İşsizliyə görə 104 dollar müavinət veriləcək
12 Dekabr 2009 Şənbə 17:45
Moskvada işsizlərə verilən məbləğ bu qədər təşkil edib
Noyabr ayında Rusiyanın paytaxtı Moskva şəhərində işsizliyə görə müavinətin orta həcmi 104 dollar təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Moskvanın Əmək və Məşğulluq Departamenti məlumat verib.

Departamentin məlumatına görə, dekabrın 1-i tarixinə əmək qabiliyyətli əhalinin yaşayış minimumu 283 dollara bərabər olub. İşsizliyə görə müavinətin maksimum həddi 165 dollar, minimum həddi 30 dollar təşkil edib.

Noyabr ayının sonuna işsiz əhalinin 36,9 faizi minimum, 55,8 faizi isə maksimum həcmdə işsizliyə görə müavinət alıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar