İşsiz qalan birinci xanım səhnəyə qayıdır
10 May 2012 Cümə Axşamı 05:59
Karla Sarkozi Bruni Yelisey sarayını tərk etdikdən sonra müğənnilik karyerasına davam etməyə qərar verib.
Fransanın sabiq birinci xanımı Karla Sarkozi Bruni Yelisey sarayını tərk etdikdən sonra müğənnilik karyerasına davam etməyə qərar verib. Mətbuat katibi isə keçmiş birinci xanımın 5 ildir müğənnilik fəaliyyətini dayandırmadığını, sadəcə olaraq təxirə saldığını deyib. “Mahnı bəstələməyə davam edirdi. Sadəcə olaraq konsertə çıxmırdı. İndi yenidən səhnəyə çıxmamaq üçün heç bir səbəbi yoxdur”.
Qeyd edək ki, Karla Sarkozi Bruninin öz ailə həyatı barədə bioqrafiya filmi çəkəcəyi də deyilir.
DOSTLARINLA PAYLAŞ: