İşsiz ermənilər daha çox intihara üstünlük verir
01 Fevral 2010 Bazar Ertəsi 18:20
Ötən il Ermənistanda 498 intihar və intihara cəhd hadisəsi qeydə alınıb
Statistikaya görə, Ermənistanda intihara daha çox işsizlər cəhd göstərir. Ölkənin Milli Statistika Xidmətinin ötən ilə olan məlumatına görə, 2009-cu ildə 498 intihar və intihara cəhd hadisəsi qeydə alınıb.
Bu göstəricinin 50,8 faizi 30-60, 19,3 faizi isə 18-29 yaşlı insanlara aiddir.
İntihar və özünü qəsdə cəhd edənlərin 48.2 faizini işsizlər, 19.9 faizini isə pensiyaçılar təşkil edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: