İsrailli nazir prokurorluqda dindirilib
18 Yanvar 2012 Çərşənbə 04:20
Nazir barəsində fırıldaqçılıq, çirkli pulların yuyulması, vəzifədən sui-istifadə etmək cinayətləri ilə məhkəmə iddiası qaldırılacaq.
İsrailin xarici işlər naziri Aviqdor Liberman barəsində kporrupsiya ithamı ilə məhkəmə iddiası qaldırılacaq. Bu barədə məlumatı yayan İsrailin “Haaretz” qəzeti ötən gün nazirin 2001 – 2008-ci illərdə işlədiyi cinayətlərə görə prokurorluğa çağırılaraq dindirildiyini yazıb.

Qeyd edək ki, qəzetin xəbərində Libermanın 2001-c ildə millət vəkili seçildiyi vaxt rəsmi qaydada ayrıldığı şirkətləri nəzarətdə saxlamağa davam etdiyi bildirilir. Şirkətlərin bank hesablarının şübhə yaratdığını fikirləşən prokurorluq nazirin bəzi iş adamlarından pul təmin etdiyini güman edir.

Qəzet həmçinin Libermanın millət vəkili və nazir olduqdan sonra bəzi şirkətləri sürücüsünə və qızına təhvil verdiyini də qeyd edib.

Prokurorların bu gün və sabah İsrail XİN rəhbəri Libermanı dindirəcəyi, lazım gələrsə nazir barəsində fırıldaqçılıq, çirkli pulların yuyulması, vəzifədən sui-istifadə və yalan ifadə verməyə məcbur etmək cinayətləri ilə məhkəmə iddiası qaldıracaqları bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar