İsrailli deputat Türkiyənin müdafisinə qalxdı
11 Sentyabr 2011 Bazar 02:46
Amir Peres: “İsrailin xarici işlər naziri istefa verməlidir”.
İsrail Knessetinin “Avoda” partiyasından olan üzvü Amir Pers baş nazir Binyamin Netanyahunu İsrailin Türkiyə vaə Misirlə münasibələrinin korlanmasına görə məsuliyyət daşıyan xarici işlər naziri Aviqdor Libermanı istefaya göndərməyə çağırıb.
“Misir və Türkiyə ilə münasibətlərin pisləşməsi ekstremistlərə əl verir. Xarici işlər naziri gərginliyi azaltmağa çalışmaq əvəzinə, məsuliyyətsizcəsinə odun üstünə yağ tökdü”, - deputat bəyan edib.
Amir Perse hökuməti gərginliyi aradan qaldırmaq üçün keçmiş prezidenti Şimon Peres və Knessetin üzvü Bnyamin Ben-Eliezerə müraciət etməyə çağırıb. Şimon Peresin bütün dünyada hörməti var, Ben-Eliezer isə Qahirə və Ankaranın isteblişmenti ilə uzun müddətdən bəri yaxşı əlaqələri var. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: