İsraillə Türkiyə arasında təzminat danışıqları başladı
22 Aprel 2013 Bazar Ertəsi 14:34
İsrailin "Mavi Mərmərə" zərərçəkmişlərinə ödəyəcəyi təzminatın məbləği müəyyənləşdirilir.
Türkiyə ilə İsrail arasında "Mavi Mərmərə" gəmisinə hücumla bağlı təzminat məsələsinə dair danışıqlar start götürüb. Bu məqsədlə İsrail nümayəndə heyəti Türkiyə Daxili İşlər Nazirliyinə gəlib və Daxili İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı "Mavi Mərmərə" gəmisinə hücum zamanı ölən türklərin ailələrinə ödəniləcək təzminatın məbləği və təzminatın hansı yollarla ödəniləcəyi müzakirə olunub.

Qeyd edək ki, təzminat danışıqları İsrail "Mavi Mərmərə" insidentinə görə Türkiyədən üzr istədikdən sonra gündəmə gəlib.

Xatırladaq ki, 2010-cu ilin mayında Qəzza zolağına humanitar yardım aparan "Mavi Mərmərə" gəmisin İsrail ordusunun silahlı hücumunə məruz qalmış, 9 türk vətəndaşı öldürülmüşdü. Bundan sonra 3 il müddətində Türkiyə İsraillə diplomatik əlaqələri kəsmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar