İsrailin XİN işçiləri tətilə başladılar
25 Mart 2014 Çərşənbə Axşamı 13:35
Xarici ölkə vətəndaşlarının İsrailə səfəri üçün vizaların verilməsində problemlər yaranıb.
İsraildə bir qədər əvvəl rəhbərliyin diplomatların iş şəraitini çətinləşdirməsi və Maliyyə Nazirliyinin əmək haqlarının aşağı salınması ilə bağlı qəbul etdiyi sanksiya etiraz aksiyasına səbəb olub.

Gözlənilməz aksiya ilə əlaqədar rəhbərlik xarici ölkələrdə missiyalarını dayandırıb. İsrailin diplomatik sistemi, demək olar ki, iflic vəziyyətinə düşüb. Rəsmilər ölkə tarixində belə bir hadisənin ilk dəfədir ki, yaşandığını bildiriblər.

Yeni maliyyə sanksiyaları təklif olunan zaman artıq bir neçə konsul fəaliyyətini dayandırmaqla hökumətin bu qərarına etirazını bildirmişdi. Hazırda xarici ölkə vətəndaşlarının İsrailə səfəri və ya İsraildən başqa ölkələrə səfər etmək üçün vizaların verilməsində problemlər yaranıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar