İsrailin Qəzzadakı cinayəti oyun oldu
05 Avqust 2014 Çərşənbə Axşamı 09:20
Oyunun adı “Bomb Gaza”, yəni “Qəzzanı bombala!” adlanır.
“Google Play”də yayımlanan bir oyun dünya ictimaiyyətinin gündəminə düşüb.

ANS PRESS-in məlumatına görə, Qəzzada İsrail-Fələstin qarşıdurmasının davam etdiyi və iki minə yaxın insan ölümünün yaşandığı bir vaxtda oyun istehsalçılarından biri “Google play”ə “Bomb Gaza” adlı oyun əlavə edib. Oyun sosial şəbəkədə böyük reaksiya doğurub.

İyulun 29-da “Google play”ə yüklənən oyunda İsrailin hərbi təyyarələri Qəzzanı bombalayır. Oyunun adı “Bomb Gaza”, yəni “Qəzzanı bombala!” adlanır. Oyunu hələ də sistemdən silməyən “Google”a sosial şəbəkədə etirazlar göstərilir və bu vaxta qədər mindən çox internet istifadəçisi tərəfindən yüklənilib.

Qeyd edək ki, İsrailin iyulun 7-dən bəri həyata keçirdiyi hücumlarda 2000-ə yaxın insan dünyasını dəyişib. BMT-nin Uşaqlara Yardım Fondunun (UNİCEF) hesabatına görə, ümumi ölü və yaralı sayının üçdə birini uşaqlar təşkil edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar