İsrailsakinləri mobil rabitəsiz qalıb
02 Dekabr 2010 Cümə Axşamı 01:55
3,38 milyon müştəriyə xidmət edən mobil operatorun kompyuterlərində problem yaranıb
İsrailin iri mobil operatorlarından birinin kompyuterlərində yaranan problem üzündən milyonlarla abonent mobil rabitə xidmətlərindən məhrum olub. Sentyabrın sonlarına olan məlumata görə 3,38 milyon müştəriyə xidmət edən “Cellcom” mobil operatorunun icraçı direktoru Amos Şapira bildirib ki, proqram təminatının işində problem yaranıb. Hazırda şirkətin mütəxəssisləri və Nokia-nın mühəndisləri probelmi aradan qaldırmağa çalışırlar. Bununla belə, icraçı direktor mobil operatorun işini nə vaxt tam bərpa edəcəyini deməkdə çətinlik çəkib.

Bütün İsrail ərazisində zəng etmək və zəngləri qəbul etmək qeyri-mümkün olub. Amma problem daha çox əhalinin təxminən 80 faizinin yaşadığı ölkənin mərkəzi hissəsini əhatə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar