İsraildən Türkiyəyə yeni iddia
04 İyun 2010 Cümə 17:10
"Mavi Mərmərə" gəmisinin könüllüləri İsrail əsgərlərini qaçırmağı planlaşdırırmış.
Qəzzaya humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinin könüllüləri İsrail əsgərlərini qaçırmaq niyyətində imiş. Belə bir bəyanatla Türkiyənin İsraildəki səfiri Oğuz Çelikkola qarşı diplomatik nəzakətsizlik edən İsrail xarici işlər nazirinin müavini Danni Ayalon çıxış edib.
Danni Ayalon həmçinin bildirib ki, gəmilərdəki könüllülər silah və əleyhiqaz ilə də təhciz olunublar: ”Əməliyyata qarşı hazırlıq aparan gəmidəkilər ən azı bir İsrail əsgərini ələ keçirməyi planlaşdırmışdılar. Lakin hücum uğurlu olduğundan onların planları baş tutmadı”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: