İsraildən Türkiyəyə sülh fili
08 Oktyabr 2010 Cümə 03:50
Daha əvvəl filin gətirilməsi müxtəlif səbəblərlə təxirə salınmışdı.
Türkiyə Qaziantep şəhərindəki zooparka İsraildən fil gətirilib. “İsrail” radiosu “Gabi” adlı filin iki ölkə arasında sülh elçisi olacağına inandığını bildirib.
Qeyd edək ki, Qaziantep bələdiyyəsi ilk dəfə 2004-cü ildə fili Tayvandan gətirmək istəsə də Hind okeanında baş vermiş sunami bu planın reallaşmasına mane olub. Daha sonra Şri Lankadan fil gətirmək planı isə ölkədə baş vermiş hərbi çevriliş səbəbilə təxirə salınıb. İsraildən fil almaq planları isə əvvəl Davosda baş vermiş “one minute” qalmaqalı, daha sonra “Azadlıq” donanmasına olan hücum səbəbilə gecikib.
Nəhayət davam edən təmaslar səbəbilə İsraildən alınan fil Hayfa limanından gəmiyə mindirilərək Türkiyəyə yola düşüb. Mersin limanından Türkiyəyə daxil olan sülh fili hal-hazırda Qaziantep zooparkındadır. Sülh fili yeni məkanına öyrəşənə qədər israilli baxıcılar onun yanında qalacaqlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: