İsraildə təhqir edilən Türkiyə səfiri işdən çıxarıldı
04 Aprel 2010 Bazar 03:00
Ermənistanla danışıqlarda Türkiyə prezidentinin xüsusi nümayəndəsi kimi iştirak edən Əhməd Ünal Çeviköz isə səfir təyin edilib.
Türkiyə prezidenti Abdullah Gül yeni səfir təyinatlarını təsdiqləyib. Prezidentin xarici işlər üzrə müşaviri Hüseyn Diriöz İtaliyaya, XİN-in şöbə müdiri Aydın Sezgin Rusiyaya səfir təyin ediliblər. Ermənistanla danışıqlarda Türkiyə prezidentinin xüsusi nümayəndəsi kimi iştirak edən, əvvəllər Türkiyənin Azərbaycanda səfiri olmuş Əhməd Ünal Çeviköz isə Böyük Britaniyaya səfir göndərilib.

İsraildə xarici işlər nazirinin müvini tərəfindən təhqir edilən səfir Oğuz Çelikkol tutduğu vəzifədən çıxırılıb. Onu Kərim Uras əvəz edəcək. Xatırladaq ki, bu ilin yanvarında İsrail xarici işlər nazirinin müavini Danni Ayalonun səfir Oğuz Çelikkolu “Kurtlar Vadisi-Pusu” serialı ilə bağlı söhbətə çağırıb. Görüşdən əvvəl Danni Ayalon ivritcə yerli jurnalistlərə müraciət edib. O deyib ki, özü adi stulda, səfir Oğuz Çelikkol isə alçaq taxtda oturacaq. Bundan başqa, türkiyəli səfiri adəti üzrə nazirlikdə yox, Danni Ayalonun Knessetdəki kabinetində qəbul ediblər. Əvvəlcədən otaqdan Türkiyə bayrağı götürülüb, sərinləşdirici içkilər yığışdırılıb. Oğuz Çelikkol qəbulu yarım saat dəhlizdə gözləməli olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar