İsraildə Qəzza əməliyyatı üçün 75 min nəfər orduya çağırılacaq
17 Noyabr 2012 Şənbə 02:00
Fələstinə hərbi müdaxilə hazırlıqları başa çatmaqdadır.
İsrail hökuməti orduya ehtiyatda olan 75 min nəfərin çağırılmasına razılıq verib. ANS PRESS-in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu addım Fələstinə qurudan müdaxiləyə hazırlıq məqsədilə atılıb.
Əvvəllər 30 min nəfərlik səfərbərlik kvotasının artırılması barədə qəranın müdafiə naziri Ehud Barakın müraciəti əsasında qəbul edilib.
Ötən günə olan məlumata görə, artıq ehtiyatda olan 16 min nəfər orduya çağırılıb. İki elit briqada, desent və piyada birləşmələri Fələstinə hücum üçün hazırlıqları başa çatdırıblar.
Qəzzaya gedən əsas yollar qapalı hərbi bölgə elan edilib. Bu da Fələstinə hərbi müdaxilə hazırlığının aparılmasının sübutudur.
DOSTLARINLA PAYLAŞ: