İsraildə həbs edilmiş Türkiyəyə məxsus mülki gəmilər buraxılıb
06 Avqust 2010 Cümə 12:10
İsrail hökuməti “Azadlıq donanması”nın tərkibində Qəzzaya humanitar yük apararkən İsrail hərbçiləri tərəfindən saxlanılan və müsadirə edilən Türkiyəyə məxsus mülki gəmiləri buraxıb.
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, “Mavi Mərmərə” teploxodu avqustun 5-də Hayfa limanından Türkiyəyə doğru yol alıb. Aşdod limanında saxlanılan “Qəzza” və “Dəfnə” adlı gəmilər isə bu gün Türkiyəyə göndəriləcək.
Xatırladaq ki, mayın 31-də Qəzzaya humanitar yük aparan “Azadlıq donanması”nı gəmiləri İsrail ordusunun xüsusi təyinatlı dəstələri tərəfindən saxlanılıb. “Mavi Mərmərə” gəmisinə enən İsrail əsgərləri 9 türkü öldürüblər. BMT olayın araşdırılması üçün komissiya yaradıb. APA
DOSTLARINLA PAYLAŞ: