İsraildə donuz qripi
10 Dekabr 2010 Cümə 10:20
Xəstəliyə yoluxan kişinin vəziyyəti ağırdır
Ötən il yüzlərlə insanın ölümünə səbəb olan A/H1N1 (donuz qripi) virusu yenidən müşahidə edilməyə başlayıb. Virus bu dəfə İsraildə ortaya çıxıb. 30 yaşlı kişi "donuz qripi" diaqnozu ilə xəstəxanaya yerləşdirilib. "The Jerusalem Post" hazırda kişinin karantində olduğunu bildirib. Həkimlər xəstənin vəziyyətini ağır qiymətləndirirlər. O, süni nəfəs aparatı vasitəsilə nəfəs alır.
Xatırladaq ki, bir neçə həftə əvvəl Həcc ziyarətindən qayıdan iki türk zəvvarda da A/H1N1 virusu aşkar edilmişdi. Zəvvarlar dərhal xəstəxanaya yerləşdirilsələr də, onlardan birinin həyatını xilas etmək mümkün olmamışdı.
DOSTLARINLA PAYLAŞ: