İsraildə də etirazlar başladı
14 İyul 2013 Bazar 13:05
İsraildə cari iqtisadi durum xüsusi olaraq orta təbəqəyə ağır zərbə vurub.
İsrail də artıq etiraz dalğasına bürünən ölkələrin siyahısına düşüb. Hələ 2011-ci ildə ölkənin müxtəlif şəhərlərində yüksək yaşayış xərclərinə qarşı yüz minlərlə insanın iştirakı ilə kütləvi nümayişlər keçirilmişdi. Aksiyalar ilkin olaraq tez-tez qalxan ev qiymətlərinə hədəflənsə də, qısa zamanda bir sıra iqtisadi problemlərə, o cümlədən, ərzağın bahalaşması, yanacaq və təhsil xərclərinə qarşı hiddət nümayişinə çevrilib. Aksiya kifayət qədər yığcam keçsə də, təşkilatçılar bunun yaxın həftələrdə böyük etiraz dalğasının yaranmasına təsir göstərəcəyinə ümid edir. İsraildə cari iqtisadi durum xüsusi olaraq orta təbəqəyə ağır zərbə vurub.
Maaşların artım tempi tez-tez dəyişən istehlak qiymətləri ilə ayaqlaşa bilmir. Bir çox yəhudilər isə özünü maliyyə naziri Yair Lapid tərəfindən aldadılmiş kimi hiss edir. Belə ki, hələ yanvar seçkiləri ərəfəsində, kampaniyası zamanı Lapid orta təbəqəyə yardım etməyə söz vermişdi. Ladipin təqdim etdiyi büdcə isə, onun mərkəzi seçki kompaniyasına zidd olaraq, yüksək vergilər və ixtisar edilmiş bir çox müavinətlərlə birbaşa orta-təbəqənin cibinə mənfi təsir edib.
DOSTLARINLA PAYLAŞ: