İsrail ölkə vətəndaşının donuz qripinə yoluxma faktını təsdiqləyib. "Gazeta.ru"nun məlumatına görə, donuz qripinə yoluxan kişi bu yaxınlarda Meksikadan qayıdıb. Hazırda o, hospitala yerləşdirilib.
“Yoluxma faktı təsdiq olunub. Xəstənin vəziyyəti qənaətbəxşdir, o, müayinə olunmaq üçün xəstəxanaya yerləşdirilib”, deyə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib. /ANS PRESS/