İsraildə aləm bir-birinə dəyib
31 İyul 2011 Bazar 19:55
Benyamin Netanyahu Polşa səfərini yarımçıq başa vuraraq ölkəyə qayıtmağa məcbur olub.
Türkiyənin gərgin münasibətlərdə olduğu İsraildə aləm bir-birinə dəyib. Sadə vətəndaşlar küçələrə çıxıb. Onların sayının 100 minlərlə olduğu xəbər verilir. Etiraz aksiyaları keçirən yəhudilər ölkədəki qiymət artımlarına qarşı çıxaraq sosial bərabərsizliyin aradan qaldırılmasını, işsizliyin azaldılmasını, əhalinin maddi cəhətdən zəif təbəqəsinə təhsil almaq imkanının yaradılmasını və normal tibbi xidmətlə təmin olunmalarını tələb edir.

Nümayişlərdə əsasən gənclər, orta sinfin nümayəndələri, eləcə də dindarlar iştirak edir. Aksiyalar baş nazir Benyamin Netanyahunu Polşaya səfərini yarımçıq başa vuraraq ölkəyə qayıtmağa sövq edib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar