İsrail yunanlardan kömək istədi
23 İyul 2013 Çərşənbə Axşamı 21:00
Təl-Əviv dənizdə batan döyüş təyyarəsinin qalıqlarını çıxarmaq üçün yunan şirkətinə müraciət edib.
İsrail təxminən 20 gün əvvəl dənizə düşən F-16 tipli döyüş təyyarəsinin qalıqlarını çıxarmaq üçün Limasolda fəaliyyət göstərən yunan şirkətindən kömək istəyib. ANS PRESS-in Yunanıstanın “Fileleftheros” qəzetinə istinadən verdiyi məlumata görə, “EDT Offshore” şirkətinə məxsus “ARES” adlı, yunan bayrağı altında üzən xüsusi gəmini super müasir robot xilasedicisi ilə birlikdə köməyə çağırıb.
Qəzetin məlumatına görə, İsrailin çağırışı ilə təyyarənin batdığı əraziyə gedən yunan gəmisi robot sualtı xilasedisi ilə təyyarənin quru qutusunu 300 metr dərinlikdə taparaq çıxarıb və İsrail ordusuna təhvil verib.
Qeyd edək ki, İsrail Hərbi Hava qüvvələrinə məxsus “F-16” döyüş təyyarəsi iyulun 7-də Qəzza zolağının 50 kilometr cənub-qərbində dənizə düşmüşdü.
DOSTLARINLA PAYLAŞ: