İsrail yenidən Türkiyəni əsəbiləşdirib
24 Noyabr 2011 Cümə Axşamı 11:15
Təl-Əviv Kiprlə birgə Aralıq dənizində qaz və neft yataqlarının işləməsinə başlayıb.
Aralıq dənizi hövzəsində İsrail və Kiprin qaz və neft yataqlarını işləməsi qanunsuzdur. Belə bir sövdələşmə bütün tərəflərlə razılaşdırılmalı, resurslar isə bərabər bölünməlidir. Belə bir açıqlama ilə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız çıxış edib.
Qeyd edək ki, Türkiyə Kiprlə Aralıq dənizinin şərq hissəsində enerji resurslarına görə tükənməz münaqişələr yaşayır. Bu ilin sentyabr ayında İsrailin nəzarət etdiyi hissə və Kiprin offşor zonasına təxminən yaxın ərazidə Noble Energy şirkətinin qazma işlərinə başlaması Türkiyənin narazılığına səbəb olmuşdu.
DOSTLARINLA PAYLAŞ: