İsrail və HƏMAS gizli görüş keçirib
07 Avqust 2010 Şənbə 19:45
Görüşdə İsrail tərəfi silahlı hərəkata yenidən xəbərdarlıq edib.
Ötən həftə İsrail və HƏMAS hərəkatının rəsmi nümayəndələri arasında gizli görüş olub. Bu barədə məlumatı Londonda nəşr edilən “Əş-Şarl əl-Ausat” ərəb qəzeti adını məxfi saxladığı mənbələrə istinadən yayıb.
Məlumata görə, İsrailin Netaniya şəhərində keçirilən görüşdə İsrail tərəfi HƏMAS-a xəbərdarlıq edib. Belə ki, birinci tərəf iddia edir ki, HƏMAS İordan çayının qərb hissədində yaşayan yəhudiləri oğurlayaraq İsrail həbsxanalarında saxlanılan fələstinli əsirlərlə mübadilə prosesində istifadə edir.
Bundan başqa “Əş-Şarl əl-Ausat” nəşri mənbələrinə istinadən yazıb ki, görüşdə artıq uzun müddət HƏMAS-da əsirlikdə saxlanılan israilli əsgər Qilada Şalitin taleyi də müzakirə edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: