İsrail ve Amerika Aralıq denizinde raket sınağı keçirib
04 Sentyabr 2013 Çərşənbə 05:36
İsrail ve Amerika Aralıq denizinde raket sınağı keçirib. Sınağın keçirilmesi İsrailin narahatlığından xeber verir.
Qərbin Suriyaya mümkün hərbi hücumları ilə bağlı gərginlik artdığı bir vaxtda İsrail ABŞ ilə birlikdə Aralıq dənizində raket sınağı həyata keçirib.
Bu arada ABŞ Konqresi Suriyada tətbiqi iddia olunan kimyəvi silahdan istifadəyə hərbi cavab verilməsinə dair ilk ictimai dinləmələrə başlayır.
Bundan öncə BMT Suriyada 30 ay davam edən münaqişə nəticəsində iki milyondan artıq suriyalının artıq qaçqın olduğunu bildirib.
Yüksək rütbəli İsrail müdafiə rəsmisi BBC-ə müdafiə sistemlərinin sınağını keçirdiklərini təsdiqləyib.
Müdafiə naziri deyib ki, İsrailin Arrow raketdən müdafiə sistemi sınaqların bir hissəsi olaraq havaya buraxılmış Sparrow orta mənzilli raketi müvəffəqiyyətlə tutub və izləyib.
BBC müxbiri Richard Galpin Qüdsdən xəbər verir ki, belə sınaqlar adətən xeyli qabaqcadan planlaşdırılsa da, onların indi həyata keçirilməsi İsrailin narahatlığından xəbər verir: Əgər ABŞ Suriyaya hücum edərsə, o zaman Suriya və ya onun müttəfiqi - Livandakı Hizbullah silahlı təşkilatı qisası İsraildən ala bilər və İsrail bunun mümkünlüyünü çox ciddiyə alır.
ABŞ Konqresi Suriyaya mümkün müdaxilə ilə bağlı dinləmələr keçirəcək. Prezident Obama skeptik siyasətçiləri və Amerika xalqını hücumun vacibliyinə inandırmağa çalışır.
ABŞ deyir ki, avqustun 21-də Dəməşq yaxınlığında törədilmiş Klikləyin kimyəvi hücumlar nəticəsində 1429 adam, o cümlədən 426 uşaq ölüb. Digər ölkələr və təşkilatlar isə bu rəqəmlərin bir qədər az olduğunu deyir.
DOSTLARINLA PAYLAŞ: