Rəsmi Ankara Təl-Əvivdən Qəzza embarqosunun ləğvini tələb edir.
Türkiyənin baş nazirinin müavini Bülənt Arınc İsrail heyətinin aprelin 11-də Ankarada olacağını bildirib. O, görüşdə əsas çərçivənin müəyyənləşdirəcəklərini də deyib. Türkiyə rəsmisi təzminatla bağlı miqdarı dəqiqləşdirmədiklərini, müzakirələrdən öncə şəhidlərin yaxınları və zərərçəkənlərin bir hissəsi ilə görüş olacağını vurğulayıb. Bülənt Arınc İsrailin üzr istəməsinin haqsız hərəkətin qəbulu və etirafı olduğunu söyləyib.
İsrailin daha əvvəllər də “Sizə qarşı haqsızlıq etmiş ola bilərəm, təəssüflənirəm” kimi ifadələrlə vəziyyətdən çıxmağa çalışdığını və Türkiyənin bunu qəbul etmədiyini deyib. Türkiyənin Qəzza embarqosunu ləğvi ilə bağlı tələbini yerinə yetirməsi də sonuna qədər izləyəcəyini bildirən Arınc baş nazir Ərdoğanın aprel ayında bölgəyə səfər edə biləcəyini, ancaq tarixin hələ konkretləşmədiyini bildirib.