İsrail Türkiyəyə 100 min dollar ödəmək istəyir
09 Dekabr 2010 Cümə Axşamı 17:45
Təl-Əviv "Azadlıq karvanı”nda ölənlərin ailəsinə təzminat vermək niyyətindədir
İsrail Qəzzaya humanitar yardım aparan “Azadlıq karvanı”na hücumu zamanı həlak olanların ailələrinə 100 min dollar təzminat ödəməyi təklif edib. Bu barədə “Reuters” xəbər agentliyi xəbər yayıb.
Türkiyə Xarici İşlər Nazirliyi isə bunub spekulyativ bir xəbər olduğunu və tərəflər arasında danışıqların getdiyini bildirib.
Lakin İsrail mənbələri bu məsələnin qarşısında bir sıra əngəllərin olduğunu yazır. Belə ki, Tükiyə İsrailin üzr istəməsini gözləyir. İsrail isə öz növbəsində hadisə ilə bağlı yalnız "təəssüfləndiyini" və "üzgün" olduğunu ifadə edir.
İsrailin "Yediot Ahranot" qəzetinin yazdığına görə, “Azadlıq karvanı”nda iştirak etmiş əsgərlər İsrailin təzminat ödəmək təklifinə qarşı çıxırlar. Belə ki, hərbçilər bildirirlər ki, bu əməliyyatda dövlət onlara dəstək verib, lakin indi şübhəli bir siyasi uğur əldə etmək naminə təzminat ödəmək istəyir: “Bu terrora baş əyməkdir”.
DOSTLARINLA PAYLAŞ: