İsrail-Türkiyə münasibətlərində yeni mərhələ
16 Aprel 2013 Çərşənbə Axşamı 14:56
İsrailin Azərbaycandakı səfiri ölkəsinin Türkiyə ilə münasibətlərindən danışıb.
İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz Türkiyə ilə münasibətlərdə yeni mərhələnin başlandığını deyib. Onun sözlərinə görə, regionda baş verən hadisələrin fonunda hər iki ölkə arasında əlaqələr möhkəmlənərsə, müsbət nəticə verə bilər: “3 illik fasilədən sonra münasibətlərdə yeni mərhələyə qədəm qoyduq. Yaxın Şərqdə çox hadisələr baş verir. Bu hadisələrin fonunda bizim güclərimizi birləşdirməyimiz çox mühüm məsələdir. Onu da qeyd edərdim ki, Türkiyə ilə narazılıq olan vaxtlarda belə, iki ölkə arasında ticarət dövriyyəsi nəzərəçarpan idi. İndi ümid edirəm ki, yeni mərhələ həm iqtisadi, həm də digər əlaqələrimizə müsbət təsir edəcək”.
DOSTLARINLA PAYLAŞ: