İsrail təzminat ödəməyə məhkum olunub
08 Yanvar 2010 Cümə 04:40
İsrail təzminat ödəməyə məhkum olunub. Rəsmi Tel Əviv Qəzzaya 10 milyon dollar ödəyəcək.
BMT Qəzza hücumları vaxtı törətdiyi maddi ziyana görə İsraili 10 milyon dollar təzminat ödəməyə məhkum edib. İsrail isə hücumların Həmas ucbatından baş verdiyini irəli sürərək özünü müdafiə edir. Qeyd edək ki, İsrailin Qəzzada keçirdiyi əməliyyatlar vaxtı BMT-yə aid məktəb binaları, ofislər, avtomobillər və anbarlara da ziyan dəymişdi. BMT-yə aid binaların hədəf alınmadığını deyən İsrail rəsmiləri həmasçıların bu yerlərə yaxın mövqelərdə gizləndiyini bildirib.

İsrailin təzminat ödəməsi istiqamətində qərar isə uzun müddət davam edən istintaqdan sonra verilib. Qeyd edək ki, keçən ilin may ayında BMT tərəfindən keçirilən istintaqda İsrail hərbçilərinin ən azı 7 dəfə BMT-nin toxunulmazlığına təcavüz etdiyi bildirilmiş, onların ölüm və yaralanmalara səbəb olduğu vurğulanmışdı. Hələ o vaxtlar BMT baş katibi Pan Ki Mun BMT-yə vurulan ziyana görə İsraildən 11 milyon dollar təzminat tələb ediləcəyini demişdi.

İsrailin təzminatı ödəyəcəyini bildirən ölkə rəsmiləri bunun xoşməramlı jest olduğunu bildiriblər. Onlar həmçinin məqsədlərinin İsrail ilə BMT-nin əməkdaşlıq içində faliyyət göstərdiyinin nümayişi olduğunu da istisna etməyiblər. Məlumata görə, təzminatın ödənəcəyinə dair xəbəri isə Pan Ki Muna İsrail müdafiə naziri Ehud Barak verib.

Xatırladaq ki, 3 həftədən çox davam edən İsrail əməliyyatlarında 400-dən çox fələstinli ölmüşdü. BMT-nin rəsmi rəqəmlərinə görə isə əməliyyatlar vaxtı 50 min ev, 800 sənaye müəssisəsi, 200 məktəb, 39 məscid və 2 kilsə qismən və ya tamamilə uçub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar