İsrail Suriyanı Əsədin razılığıyla bombalayıb
03 Fevral 2013 Bazar 06:58
Davudoğlu, Bəşər Əsədin bu yolla İslam dünyasının diqqətini cəlb etdiyini deyib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriya prezidenti Bəşər Əsədi tənqid edib. Bəşər Əsədin 22 aydır öz xalqını bombardıman etdiyini deyən Türkiyə XİN rəhbəri son İsrail hücumunda bəzi qaranlıq məqamlar olduğunu deyib.
“Günahsız suriyalıları qıran Əsəd rejimi İsrailə niyə cavab vermədi? Bəşər Əsəd sarayının üstündən keçərək ləyaqəti ilə oynyan İsrail qırıcılarına niyə daş belə atmadı? Qadınları, uşaqları öldürən Əsəd İsrailə qarşı niyə heç bir addım atmadı?” – deyə Davudoğlu soruşub.
Bəşər Əsədin İslam dünyasının diqqətini cəlb etməyə çalışdığını deyən Davudoğlu İsraillə Əsəd rejimi arasında gizli razılaşma ola biləcəyini vurğulayıb.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri yanvarın 31-də Suriya Müdaifə Nazirliyinin Dəməşq yaxınlığındakı elmi-tədqiqat mərkəzi obyektlərindən birini bombalamış, bombardman nəticəsində böyük maddi ziyanla yanaşı mərkəzin iki əməkdaşı ölmüş, beş nəfər isə yaralanmışdı.
DOSTLARINLA PAYLAŞ: