İsrail Suriya və İranın cəzalandırılmasını istəyir
24 Mart 2011 Cümə Axşamı 21:27
Liberman: "Onlar dünya üçün daha böyük təhlükə kəsb edirlər"
İsrail xarici işlər naziri Aviqdor Liberman Suriya və İrana qarşa Qərbin Liviyaya qarşı istifadə etdiyi metodlardan istifadə etməli olduğunu deyib. Aviqdor Libermanın sözlərinə görə, rəsmi Tehran və Dəməşq dünya üçün Liviyadan daha çox təhlükəlidir. «Bu iki ölkə Liviyadan daha çox öz vətəndaşlarını öldürüblər. Onlar dünya üçün daha böyük təhlükə kəsb edirlər», - deyə nazir əlavə edib.
Nazirin sözlərinə görə, Suriya və İran rəhbərliyi də Müəmmər Qəddafi kimi ölkələrində demokratik aksiyaları zor tətbiq etməklə yatırdıqdlarına görə məsuliyyət daşıyırlar.
DOSTLARINLA PAYLAŞ: