İsrail silah daşıyan gəmini ələ keçirdi
04 Noyabr 2009 Çərşənbə 17:15
Gəmidəki silahların İran tərəfindən "Hizbullah" təşkilatına göndərildiyi iddia edilir
İsrail donanması silahla dolu gəmi ələ keçirib. İsrail ordusunun mətbuat xidmətindən bildirilib ki, Antigua bayrağı altında üzən gəmi, İsrail sahillərindən təxminən 150 km aralıda, donanmanın mütəmadi olaraq keçirdiyi patrul xidməti əsasında aşkar edilib. Gəmiyə minən əsgərlərin burada ticarət yükü görüntüsü altında böyük miqdarda silah-sursat tapdıqları bildirilib. Aparılan ilkin axtarışlardan sonra gəmi İsrailin Aşdod limanına gətirilib. Liman isə hadisədən sonra bağlanıb.
İsrail ordusunun rəsmiləri hesab edirlər ki, gəmidəki silahlar İran tərəfindən "Hizbullah"a göndərilə bilər. İsrail donanmasının gəmiləri, "Həmas" ya da "Hizbullah"a silah daşıyan gəmilərin yollarını kəsmək üçün Süveyş kanalı boyunca üzürlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: