İsrail səfiri Türkiyəyə qayıdacaq?
16 Dekabr 2010 Cümə Axşamı 21:05
Təl-Əviv bunu istəsə də, Ankaradan hələlik müsbət cavab ala bilmir
İsrail hökuməti Qəzzaya humanitar yardım aparan “Azadlıq karvanı”na hücum zamanı həlak olan 9 nəfər Türkiyə vətəndaşlarının ailələrinə 100 min dollar (63 min avro) verilməsini təklif edib. Bu təklif iki ay bundan öncə iki ölkə arasında Cenevrədə keçirilən görüş çərçivəsində irəli sürülüb. Qeyd edək ki, həmin danışıqlar mehriban qonşuluq münasibətlərinin bərpa edilməsi xarakteri daşıyırdı.
İsrailin rəsmi mənbələri yazır ki, məsələnin qanunvericilik nöqteyi-nəzərindən həll edilməsi üçün Türkiyəyə təzminat ödənilməsi təklifi irəli sürülmüşdü. İsrail həmçinin səfrinin Türkiyəyə qayıtması istəyini də dilə gətirib, lakin razılıq əldə edilməsi üçün ciddi manelər hələ də mövcuddur.
DOSTLARINLA PAYLAŞ: