İsrail saxlanılan şəxsləri azadlığa buraxır
02 İyun 2010 Çərşənbə 01:15
Xarici vətəndaşların deportasoya ediləcəyi gözlənilir.
İsrail hökuməti Qəzzaya humanitar yardım aparan 6 gəmiyə hücum nəticəsində saxlanılan şəxsləri azadlığa buraxmaq barədə qərar qəbul edib. İsrail Nazirlər Kabinetinin sözçüsü bəyan edib ki, bütün xarici vətəndaşlar deportasiya ediləcək.
Türkiyənin İsraildəki səfirliyinin məlumatına görə, 368 Türkiyə vətəndaşı Ber Şeva həbszanasında saxlanılır. Səfirlikdən bildirilib ki, indiyədək 19 nəfər Türkiyəyə göndərilib.
İsrailin dövlət radiosu isə məlumat yayıb ki, Qəzzaya humanitar yardım daşıyan gəmilərə hücumu zamanı saxlanılan 610 nəfər hələ də Ber Şevadakı həbsxanadadır. Gəminin əksəriyyəti Türkiyə vətəndaşı olan 45 sərnişini isə müxtəlif xəstəxanalarda müalicə olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: