Hadisə yerində olan İsrail hərbçiləri isə məsələyə müdaxilə etmir.
Fələstinin qərb sahili bölgəsində yerli sakinlərlə İsrail sakinləri arasında növbəti toqquşmalar baş verib. İsrailin insan haqları qrupunun yayımladığı videoçəkilişdə bu bölgədə yaşayan fələstinli sakinlərin israilli sakinlərə daşlarla hücum etməsi kadrları nümayiş olunub. Əl-Qibliyə kəndi yaxınlığında baş verən qarşıdurma zamanı İsrail sakinləri fələstinlilərə silahla cavab verib. Nəticədə, kadrlarda bir nəfərin yaralandığı görünür. Fələstinli şahidlərin sözlərinə görə, münaqişə zamanı İsrail əsgərlərinin məsələyə müdaxilə etməməsi onların qərəzli mövqeyindən xəbər verir.
Qeyd edək ki, Fələstin rəhbərliyi İsrail hökumətindən hadisəyə görə cavabdeh olanların məsuliyyətə cəlb olunmasını tələb edib. İsrail hərbi nazirliyi isə çəkilişlərin baş verən hadisələri tam əhatə etmədiyini qeyd edib.