İsrail raketdən müdafiə sisteminin sınağını keçirib
20 İyul 2010 Çərşənbə Axşamı 11:45
Yəhudi dövləti sınaqların uğurlu olduğunu bildirib.
İsrailin Müdafiə Nazirliyi raketdən müdafiə sisteminin sınağını keçirib. Nazirlik sınaqların uğurlu olduğunu və raketin bir neçə aydan sonra silahlanmaya qəbul olunacağını bildirib. “Dəmir qübbə” adlı bu silah radarlar vasitəsilə gələn raketi izləmək üçün istifadə olunur və onu tutaraq hədəfdən kənarda məhv edir.

Bu, dünyada belə işləyən yeganə antiraket sistemidir. Raketin tətbiqində məqsəd fələstinlilərin Qəzzadan və Livanla sərhəd ərazilərdən “Hizbullah”ın atdığı raketləri qabaqlamaqdır. İsrailin Müdafiə Nazirliyi yeni raketdən müdafiə sisteminin daha çox raket hücumuna məruz qalan Sedarot şəhəri yaxınlığında yerləşdiriləcəyini bəyan edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar