Vaşinqton bunun sülh danışıqlarını ləngidəcəyini bəyan edib.
BMT-də Fələstinin statusunun artırılmasından 1 gün sonra İsrail, işğal olunmuş şərqi Qüds və qərb sahilində 3 000 evin tikintisi haqqında sərəncam verib. Eyni zamanda daha 1000 evin tikintisinin rəsmi icazənin verilməsi ilə bağlı işlərin sürətləndirildiyi bildirilir. Rəsmi Vaşinqton isə qəsəbəsalma siyasətinin genişləndirilməsi planının sülh danışıqlarını ləngidəcəyini bəyan edib.