İsrail Qəzzaya yardım daşıyan Türk gəmisini vurdu
31 May 2010 Bazar Ertəsi 10:35
İsrail televiziyaların məlumatına görə, 16 nəfər ölüb, 30 nəfər yaralanıb.
İsrail ordusu bu gecə “İstiqamətimiz Fələstin, yükümüz humanitar yardım!” devizi ilə Qəzza zolağına humanitar yardım daşıyan 6 gəmidən ibarət donanmaya hücum edib. İsrail helikopterləri gəmilərə yaxınlaşaraq atəş açıblar. İsrail televiziyalarının məlumatına görə, bundan başqa helikopterlərdən biri gəmiyə yaxınlaşıb və bir qrup əsgər iplə gəmiyə düşüb.

CNN Türk-ün məlumatına görə, insident baş verən gəminin Türkiyəyə məxsus “Mavi Mərmərə” gəmisi olduğu bildirilir. belə ki, həmin gəmi ilə əlaqə kəsilib.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 30 nəfər yaralanıb.

İsrail televiziyaları isə 16 nəfərin öldüyünü xəbər veriblər. Gəmilərin İsrail hərbçiləri tərəfindən zorla Hayfa limanına aparıldığı bildirilir.

Baş vermiş hadisəylə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Ankaradakı səfiri Qabi Levini nazirliyə çağırıb.

İsrail televiziya kanallarınında yayılan məlumatlara görə, yaralılar Aşkelondakı xəstəxanaya aparılıb. Əməliyyat nəticəsində İsrail əsgərlərinin də yaralandığı bildirilir. Onlardan biri Hayfadakı xəstəxanaya yerləşdirilib.

Kanal 10 televiziyasının məlumatına görə, saxlanılanların həbsxanalara yerləşdirilmısi üçün hazırlıq aparılır. Televiziya həmçinin Qəzza zolağındakı gəmilərin dənizə çıxmasını qarşısını almaq üçün Qəzza sahillərinin də tamamilə mühasirəyə alındığını bildirib.

Kanal 2 televiziyası isə, gəmidəkilərin passiv müqavimət göstərmədiklərini, əsgərlərə bıçaq və çubuqlarla hücum etdiklərini bildirib.

Rəsmi Təl-Əviv isə baş verənlərlə bağlı rəsmi açıqmala verməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar