İsrail Qəzzaya tikinti materillarını buraxmır
24 Oktyabr 2010 Bazar 03:15
Tikinti materialları muxtariyyət ərazisində dörd məktəbin tikintisi üçün nəzərdə tutulub.
İsrail hökuməti BMT-nin himayəsi ilə dörd yeni məktəbin tikintisi üçün tikinti materillarını Qəzza bölgəsinə buraxmaqdan imtina edir. Bunu BMT-nin Qəzzadakı rəsmi nümayəndəsi Adnan Əbul Həsna bildirib. Onun sözlərinə görə, İsrail BMT-nin fələstinli qaçqınlara yardım agentliyinin məktəblərinin yaradılmasına mane olur. BMT təmsilçisi bildirib ki, rəsmi Təl-Əviv qəbuledilməz arqumentlərlə tikinti materiallarını müxatiryyət ərazisinə buraxmır.
İsraildəki mənbələr BMT-nin agentliyinə verilən imtina cavabını onunla əsaslandırıblar ki, yeni inşa ediləcək məktəblər HƏMAS-ın təlim bazaları ilə qonşuluqda yerləşir.
BMT-nin Qəzzadakı rəsmi nümayəndəsi Adnan Əbul Həsna məlumat verib ki, məktəblərdə boş yer olmadığından bu il 40 minə yaxın uşağa imtin cavabı verilib. Onun sözlərinə görə, BMT nümayəndələri İsrail rəhbərliyi ilə danışıqları davam etdirirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: