İsrail Qəzzanı bombalayıb
03 Aprel 2013 Çərşənbə 10:06
Xəsarət alanlar barədə heç bir məlumat verilmir
İsrail Müdafiə Ordusunun (SAXAL) bu gecə Qəzza sektorunu bombalayıb. ANS PRESS-in "ISRAland"a istinadən verdiyi məlumata görə, yəhudilər Qəzzanı əsasən iki istiqamətdən- Beyt-Lahi rayonu və sektorun şimal hissəsindən hədəfə alıblar. Yerli mətbuat bunun SAXAL-ın 2012-ci il 22 noyabrda keçirilən "Dumanlı qüllə" terrorçuluq əleyhinə əməliyyatından sonra ilk hücumu hesab edildiyini yazıb. Bombardıman nəticəsində xəsarət alanların olub-olmaması barədə heç bir məlumat verilmir.

Xatırladaq ki, "Dumanlı qüllə" əməliyyatı 12 gün davam etmişdi. Həmin münaqişədə 166 fələstinli və 6 israil vətəndaşı həlak olub. Atəşkəs ancaq Misir prezidenti Muhammed Mursinin vasitəçiliyindən sonra noyabarın 21-də əldə olunmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar