İsrail Hərbi hava qüvvələri ölkə ərazisinə buraxılmış bir necə raket zərbəsinə cavab olaraq, Qəzza sektoruna zərbələr endirib. Bu barədə məlumatı CNN yayıb. SAXAL-ın nümayəndəsi bildirib ki, bombardımanın hədəfi Qəzzada yerləşən qaçaqmalçılıq üçün istifadə edilən iki tuneli, həmçinin silah sursat anbarı olub. Xəsarət alanlar barədə məlumat yoxdur.
İsrail tərəfinin məlumatına görə, yanvarın 18-dən-atəşkəs elan ediləndən bu yana kimi Qəzzadan İsrailə yüzdən artıq raket və mina atılıb. Tərəflər hazırda Misirin təşəbbüsü ilə bir illik atəşkəs barədə razılıq əldə etməyə çalışırlar. İsrailin əsas tələbi atəşi daynadırmaq və «Həmas» döyüşcülərinin əlində əsir olan hərbiçi Qiliada Şalitanın azad edilməsidir.
Xatırladaq ki, ötən ilin dekabr ayının sonlarından İsrailin Qəzzada başladığı hərbi əməliyyatlar nəticəsində 1300-dən artıq fələstinli, 13 israilli öldürülüb. /ANS PRESS/