İsrail Qəzza zolağını bombaladı
31 İyul 2010 Şənbə 13:10
"Həmas"ın raketin hazırlanması üzrə əsas mütəxəsisslərindən biri öldürülüb.
Aktiv sülh danışıqlarına başlamaq ərəfəsində İsrail hərbi hava qüvvələri yenidən Qəzza zolağını raket atəşinə tutub. İsrail ordusunun verdiyi bəyanatda bunun “Həmas”ın İsrailin Aşkelon şəhərini raket atəşinə tutmasına cavab olaraq edildiyi bildirilir.

Şahidlərin verdiyi məlumata görə, raket zərbələrindən birinin hədəfi Qəzzadakı “Həmas”a məxsus bina olub. Hücum nəticəsində xeyli avtomobil zərər çəkib.

Fələstin rəsmiləri bildiriblər ki, hadisə nəticəsində xəsarət alanların çoxu mülki vətəndaşlardır. İsrail ordusu isə raket hədəflərinin terrorçulara məxsus məntəqələrin olduğunu deyib.

"Associated Press" agentliyinin məlumatına görə, hücum nəticəsində "Həmas" komandirlərindən biri, raketlərin hazırlanmasına cavabdeh olan 42 yaşlı İssa Batran həlak olub, hərəkatın 11 üzvü yaralanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar