İsrail qalmaqallı humanitar yardımı Qəzzaya çatdırdı
02 İyun 2010 Çərşənbə 00:45
Amma İsrail orudusu Qəzzanın dəniz mühasirəsinin davam edəcəyini bildirib.
İsrail hücum etdiyi gəmilərdəki 10 min tonluq humanitar yardımı Qəzzaya çatdırıb. İsrail ordusundan verilən açıqlamaya görə, İsrail əsgərləri tərəfindən gəmilərdə boşaldılan yardım yük maşınlarına yüklənərək, Qəzza ilə sərhəddəki Kərəm Şalom keçid məntəqəsinə daşınıb. Orada isə yardım beynəlxalq təşkilatlara təhvil verilib.
Bununla belə, İsrail ordusu bəyan edib ki, “Həmas”ın israilli mülki şəxslərə qarşı istifadə etmək üçün tunellər vasitəsilə silah qaçaqçılığı davam etdiyi müddətdə dəniz mühasirəsi qalacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: