İsrail prezidenti yenə hədələdi
30 Avqust 2013 Cümə 05:56
Şimon Peres: Bizə zərbə vurmaq istəyənlərə bütün gücümüzlə cavab verəcəyik.
İsrail prezidenti Şimon Peres, polislər qarşısında çıxışında, yenə İslam dövlətlərinə hədələr yağdırdı.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Qüds şəhərində polis məntəqəsini ziyarət edən Peres, jurnalistlərə açıqlamasında, İsrailin, Suriyadakı vətəndaş müharibəsində iştirak etməyəcəyi məsələsinə də toxunub: "Bizə zərbə vurmaq istəyənlərə bütün gücümüzlə cavab verəcəyik".

İsrail prezidenti, Suriyadakı son hadisələri insanlığa və beynəlxalq hüquqa qarşı işlənmiş cinayət adlandırıb: "Suriya rəhbərliyi əxlaqi sərhədi keçdi. Bütün dünya yerlərdə yatan ölü uşaqların qorxunc şəklinə şahidlik etdi".

Peres qeyd edib ki, ABŞ prezidenti Barak Obama kütləvi qırğına cavabsız qalmamalıdır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar