İsrail parlamentində Fələstin bayrağı qaldırıldı
01 Avqust 2013 Cümə Axşamı 08:37
Bayraq, hər iki tərəfin nümayəndələrinin görüşü zamanı qaldırılıb.
İsrail qanunvericiləri ilk dəfə olaraq knessetdə bu ölkə ilə Fələstinin bayrağının yanaşı qaldırılmasına imkan veriblər. Bunu Leyboristlər partiyasının nümayəndəsi Hilika Bara deyib. O, 35 parlamentari və nazir Abdulla Abdullanın başçılıq etdiyi Fələstin nümayəndə heyətini qəbul etdiyni də bildirib. Bayraq, hər iki tərəfin nümayəndələrinin görüşü zamanı qaldırılıb.
DOSTLARINLA PAYLAŞ: