İsrail parlamenti baş nazir və nazirlərin maaşlarını azaltdı
21 İyul 2009 Çərşənbə Axşamı 01:05
Bundan sonra Binyamin Netanyahu 9165 dollar, sıravi nazirlər isə 8163 dollar əmək haqqı alacaq

İsrail parlamenti baş nazir Binyamin Netanyahu və onun kabinetinin 29 üzvünün maaşlarının ümvəqqəti azaldılması ilə bağlı qərarı təsdiqləyib. ANS PRESS, “Qlobs” nəşrinə istinadən xəbər verir ki, Knessetin maliyyə komissiyasının yekdilliklə dəstəklədiyi təşəbbüs, avqustun 1-dən 2010-cu ilin sonunadək icra hakimiyyəti nümayəndələrinin əmək haqqlarının 5 % azaldılmasını nəzərdə tutur.
Bununla sıravi nazirlər ayda 1 676 şekel (430 dollar) itirəcək və 31 836 şekel (8 163 dollar) alacaqlar. Hökumət başçısının maaşı isə 1 883 şekel (483 dollar) azaldılıb və 35 764 şekelə (9165 dollar) endirilib.
Bu qərarın ardınca iki illik büdcə də təsdiqlənib. Yeni büdcədə iqtisadi böhran şəraitində vergilərin artırılması nəzərdə tutulur.
Xatırladaq ki, 2008-ci ilin sonunda Knesset prezidentin, nazirləri və muavinlərinin, deputatların və hakimlərin maaşlarının artırılması ilə bağlı planlaşdırılan tədbirləri təxirə salmışdı. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar