İsrail ordusu ilk itkisini verdi
18 İyul 2014 Cümə 12:39
Həmas bir əsgəri öldürüb, ikisini yaralayıb.
Qəzzada İsrail ordusu quru əməliyyatlarına başlayandan sonra ilk itkisini verib. ANS PRESS-in məlumatına görə, “Həmas” qruplaşmasının yaydığı açıqlamada bildirilir ki, İsrail əsgəri snayperlə vurulub.

İsrail mətbuatı isə yazır ki, ordunun Qəzza sektorunda həyata keçirdiyi quru əməliyyatlarında bir əsgər ölüb, ikisi isə ağır yaralanıb.

Həmas bəyan edib ki, Qəzzanın şimalına İsrail ordusuna qarşı 10 ədəd raket atıb.

Qeyd edək ki, İsrail ordusu iyulun 7-də “Müdafiə xətti” adlı əməliyyatla başlayıb. İsrail quru əməliyatlarına başlayandan sonra Qəzzada döyüşlər daha da qızışıb.

Daha öncə İsrail Misir prezidentinin atəşkəs təklifini qəbul edib. Lakin bu atəşkəs bir necə saat davam edib. Ötən gün isə İsraillə Həmas arasında növbəti dəfə atəşkəs razılığının əldə olunması haqda xəbərlər yayılmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar