İsrail od içində
03 Dekabr 2010 Cümə 10:40
Hayfa şəhərində 13 min nəfər evakuasiya edilib
İsraili meşə yanğınları cənginə alıb. Yanğınlarla bağlı ölkənin şimalındakı Hayfa şəhərində 13 min insan, o cümlədədn 6 min məhbus evakuasiya edilib. Bu barədə məlumatı "Haarets" qəzeti yayıb. Ölkənin baş naziri Binyamin Netanyahu evakuasiyanın davam edəcəyini bildirib: "Biz zərərçəkənlərin sayının artmasını istəmirik".
Qeyd edək ki, yanğın ötən gün Hayfadan aralıda yerləşən Karmel dağ silsiləsinə başlayıb. Polisin məlumatına görə, alov 3 məntəqədə demək olar ki, eyni anda başlayıb. Hələlik yanğının dəqiqi səbəbi bilinmir. Yerli yanğınsöndürənlər ötən günün ikici yarısından sonra alovların nəzarət altından çıxdığını bildiriblər. "Reuters"in məlumatına görə, yanğın 2,8 min hektar ərazini əhatə edir. Yanğın nəticəsində 40 nəfərin öldüyü bildirilir. Onlar həbsxanadakı məhbusları evakuasiya etmək üçün gedən heyətin üzvləri olublar.
İsrailin “Kanal-2” televiziyası Türkiyə ilə yanaşı Azərbaycan, Rusiya, İran, Yunanıstan, Fransa, Misir, Cənubi Kipr və İspaniyanın İsrailə yanğının söndürülməsində yardım edəcəyini bildirib.
Xatırladaq ki, bu ilin noyabr ayı İsraildə son 60 ilin ən isti ayı olub.
DOSTLARINLA PAYLAŞ: