İsrail Misirdən oğurluq edir
27 Oktyabr 2013 Bazar 02:36
İsrail Misir ərzisində olan təbii qaz ehtiyatlarına müdaxilə edir.
İsrailin, Şərq Aralıq dənizində Misirə məxsus təbii qaz ehtiyatlarına müdaxilə etdiyi məlum olub. ANS PRESS-in Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, iki ölkə arasında təbii qazın idxalı ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda, bu iddianın ortaya atılması aranı qarışdırıb.
Misirli mütəfəkkir Fehmi Huveydi "Əş-Suruk" qəzetində yayımlanan "Səssiz-sədasız vurğun" adlı məqaləsində yazır ki, Misirin İsraildən təbii qaz idxal edə biləcəyi ilə bağlı iddiaların doğru və ya səhv olması ayrı bir mövzudur: "Burda əsas vacib olan budur ki, İsrail Misir ərzisində olan təbii qaz ehtiyatlarına müdaxilə edir".
Huveydi iddia edir ki, 1999-cu ildə "Shell" şirkətinə bölgədə axtarış aparmağa icazə verdikdən sonra, yəni 2004-cü ildə Şərq Aralıq dənizidə iki təbii qaz yatağının olduğu açıqlandı: "Ancaq naməlum səbəblərdən şirkət 2011-ci ildə konsorsiumdan getdiyini bildirdi. Çox keçmədən, İsrail də həmin bölgədə təbii qaz ehtiyatları yatağı kəşf etdiyini elan etdi. Bu kəşflərin hər ikisi də Misir ərazisində baş verib. İsrailin Afrodita adını verdiyi təbii qaz yatağı ilə Misirin Dimyat şəhəri arasında 190, İsrailin Hayfa şəhəri ilə isə 235 kilometr məsafədədir. İsrail, Misirin iqtisadi sərhədlərini pozmaqla kifayətlənməyib, Livan və Türkiyənin də diqqətini cəlb edib".
DOSTLARINLA PAYLAŞ: