İsrail məhkəməsindən gözlənilməz qərar
29 İyul 2013 Bazar Ertəsi 20:44
Hayfa məhkəməsi yəhudi gənci öldürmüş yeddi ərəbi günahzsız saydı.
İsrailin Hayfa şəhərinin dairə məhkəməsi yəhudi ekstremist Eden Natan-Zadı öldürmüş yeddi ərəbi günahsız sayıb. ANS PRESS «Ha'aretz»ə istinadən bildirir ki, sözügedən yəhudi gənc 2005-ci ildə Şfaram şəhərində sərnişin avtobusuna güllə atmışdı.
İsrail ordusundan fərarilik etmiş Eden Natan-Zadın 2005-ci il avqustun 3-də açdığı atəş nəticəsində 165 saylı marşrutda işləyən sərnişin avtobusunda dörd ərəb dərhal ölmüşdü və doqquz ərəb isə yaralanmışdı. O, sonradan polisin əlinə keçərək həbs edildikdən sonra yeddi nəfər ərəb hücum edərək onu polisin əlindən almışdı və döyərək öldürmüşdü, sonra meyitini polisə təhvil vermişdilər. Hadisə ilə bağlı 12 ərəb tutulmuşdu. O zamankı İsrail baş naziri Ariel Şaron isə Eden Natan-Zadın hərəkətinə terrorçuluq əməli kimi baxmağı əmr etmişdi. Eden Natan-Zadın öldürdüyü bütün adamların ailə üzvlərinə terrordan zərər çəkənlər kimi yardım edilmişdi.
DOSTLARINLA PAYLAŞ: