İsrail hakimiyyəti barışıq komissiyasının yenidən yaradılması yolu ilə Livanla danışıqları bərpa etmək imkanlarını nəzərdən keçirir. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.
İsrailin rəsmi şəxsləri artıq ABŞ, BMT və Avropa İttifaqı ilə bu variantı müzakirə etməyə başlayıb.
Xatırladaq ki, barışıq komissiyasının köməkliyi ilə 1949-cu ildə İsrailin müstəqillik uğrunda apardığı müharibə sülh yolu ilə başa çatmışdı. /ANS PRESS/